Şəmkirdə piyadanı vuran sürücü hadisə yerindən qaçdı
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Rəşad Məsim oğlu Mirzəyevi yolu keçmək istəyərkən maşın vurub. Piyada dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan, Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Xəstəxanadan Rəşad Mirzəyevin vəziyyətinin orta ağır olduğu bildirilib.
Piyadanı vurub qaçan sürücün tapılması istiqamətində əməliyyat-axtarışları tədbirlərinə başlanıb.