Şəmkirdə qadın dəm qazından zəhərləndi – VƏZİYYƏTİ AĞIRDIR

Şəmkirdə qadın dəm qazından zəhərlənib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə. hadisə rayonun Könüllü kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Fərqanə Cəfərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv