Şəmkirdə qohumlar arasında dava – BİR ÖLÜ, BİR YARALI VAR
Şəmkirdə qətl hadisəsi törədilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bayramlı kəndində baş verib.
İlkin məlumata görə, iki dayıoğlu- 1994-cü il təvəllüdlü Ruslan Nağıyev və 1986-cı il təvəllüdlü Xalid Nağıyevin, bibisi oğlu ilə mübahisəsi düşüb. Bu zaman hadisə yerinə bibi oğlunun qardaşı İsmət Cəfərov gəlib. Mübahisə davam edib və İsmət Cəfərov üzərində olan bıçaqla iki dayısı oğluna xəsarət yetirib.
Nəticədə 26 yaşlı Ruslan Nağıyev hadisə yerində ölüb. 34 yaşlı Xalid Nağıyev isə yaralı vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Şəmkir rayon prokurorluğunun əməkdaşları, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən İsmət Cəfərov tutularaq istintaqa cəlb edilib. Onun barəsində cinayət işi açılıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV