Şəmkirdə sərnişin maşını minik avtomobili ilə toqquşdu - XƏSARƏT ALAN VAR
Şəmkirdə baş verən qəzada bir nəfər xəsarət alıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəza zaman "VAZ"-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Mikroavtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV