Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca vurdu – ÖLƏN VAR
Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, rayon sakini, 1938-ci il təvəllüdlü Fərman Hüseynov özünə məxsus “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Bu səbəbdən o, idarəetməni itirərək maşını ağaca çırpıb. Sürücünün ürək tutmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV