Şəmkirdə üç evdən oğurluq edən şəxs yaxalandı
Şəmkirdə silsilə oğurluq edən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üç oğurluq faktının üstü açılıb.
Müəyyən edilib ki, Çinarlı qəsəbə sakini 28 yaşlı Nicat Kərimov heç kimin olmadığından istifadə edərək evlərə daxil olaraq oradan qızıl-zinət əşyaları və nağd pul oğurlayıb:
Baş Müstəntiq Elvin Gözəlovun sözlərində görə, saxlanılan Nicat Kərimov üç evdən oğurluq edib: “Şəmkir rayonu Çinarlı qəsəbə sakini, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Kərimov Nicat Etibar oğlu 2020-ci ilin yanvar, fevral, mart aylarında Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən üç evə qanunsuz daxil olaraq oradan müxtəlif növ qızıl-zinət əşyaları və nağd pulu gizli olaraq talayıb oğurlayıb. Nicat Kərimov tərəfimdən şübhəli kimi saxlanılıb”.
Saxlanılan Nicat Kərimov əməlini etiraf etiraf edib. O, oğurluq yolu ilə əldə etdiyi qızılları dəyər-dəyməzinə satdığını, pulunu isə paytaxtda kef məclislərinə xərclədiyini deyib: “Qapıya baxdım bağlıdır, hasardan düşüb evə daxil oldum. Bir az axtarıb pul, qızıl tapdım. Qızılları həmin gün Gəncədə 2700 manata satdım. Sonrada Bakıya getdim”.
Hazırda Nicat Kərimovun digər analoji cinayətlərdə əlinin olub olmadığı araşdırılır.
Faud Nazimoğlu
Mehdi Məmmədov
APA TV