Şəmkirdə yaşayış evi anidən ALOVLANDI
Şəmkirdə yanğın baş verib.
Belə ki, rayonun Dəllər-Cəyir kəndində 1962-ci il təvəllüdlü Tağıyev Saleh Əlinağı oğluna məxsus 4 otaq və aynabənddən ibarət evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Yanğın zamanı 3 otağın yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 135 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.