Şəmkirdə yol çəkilişi zamanı faciə: yük maşınının altında qaldı

Şəmkirdə yol çəkilişi zamanı baş verən bədbəxt hadisə ölümlə nəticələnib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndi yaxınlığında yol inşaatı zamanı qeydə alınıb.

 

Könüllü kənd sakini Ramin Raib oğlu Pənahovu ehtiyatsızlıq səbəbindən “Shacman” markalı yük maşını vurub. Ağır tonnajlı nəqliyyat vasitəsi arxaya hərəkət edərkən onu görməyən işçi maşının altında qalaraq əzilib və hadisə yerindəcə ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv