Şəmkirdə yolu keçmək istəyən piyadanı iki avtomobil vurdu
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV