Şəmkirdə yük maşını aşdı
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV -nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndində keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı yük maşının sürücüsü idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb, yük maşınında olan əhəng yola dağılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV