Şəmkirdə zəlzələ qeydə alınıb

Şəmkirdə zəlzələ olub.

 

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

 

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi 9 kilometr olub.

Rayon icra hakimiyyətindən zəlzələ ilə bağlı açıqlama verilib, bildirilib ki, RİH yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal bütün yaşayış məntəqələri ilə əlaqə saxlanılıb, komissiyaya zəlzələ nəticəsində rayon ərazisində hər hansı bir fəsad və ya dağıntı barədə məlumat daxil olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv