Şəmkirli "Anna Karenina": 3 uşaq anası niyə intihar edib? - MÜƏMMA

 

Şəmkirdə yük qatarı qadını vurub. APA TV-nin qərb bürosnun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan dəmir yolunun Dəllər-Zəyəm kəndlərinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Bədbəxt hadisə burda qeydə alınıb. Rayon sakini 35 yaşlı Xəyalə Şərifovanı axşam saatlarında qatar vurub. O, aldığı ağır xəsarətlərdən ölüb. Araşdırma zamanı məlum olub ki, qadın özünü qatarın altına atıb”.Elektrovoza qoşulmuş yük qatarının altında qalan 1984-cü il təvəllüdlü Xəyalə Şərifovanı yaxınalrı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdıra bilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə şahidləri deyir ki, qadın qatar yaxınlaşanda özünü relslərin üstünə atıb. Onu tutumaq istəyənlər də olub. Ancaq…Hadisə yerinə hüquq mühafizə orqanları baxış keçirib. Qeyd edək ki, intihar edən qadının 3 azyaşlı uşağı qalıb.

Kənd sakinləri Xəyalə Şərifovanı namuslu qadın kimi tanıdıqlarını deyir. Bəziləri onun ailəsinin kasıb olduğunu və borclarını çətinliklə ödədiklərini bildirir. Hər halda 3 uşaq anasının intihar etməsinin səbəbi aydın olacaq.

Müəllif | Apa.Tv
Apa.tv