Seneqal vətəndaşının vəziyyəti ağırdır - DİREKTOR AÇIQLADI
Səbail rayonunda baş verən partlayışdan sonra Nərimanov Tibb Mərkəzinə 14 nəfər gətirilib: “Onlar əsasən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alan və bəzilərində müştərək travmalar olan şəxslər idi. Onlar stasionar müalicəyə götürülüb. Artıq 5 nəfər ambulator müalicəsini davam etdirmək üçün evə yola salınıb. Hazırda, xəstəxanamızda 10 nəfərin müalicəsi davam edir. Onlardan 7 nəfər reanimasiya şöbəsindədir, 3-nün vəziyyəti kritik-ağırdır. reanimasiyada olanlardan biri Seneqal vətəndaşıdır: “Digər iki nəfər hazırda palataya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Bir nəfərin isə vəziyyəti ortadır. Reanimasiyada 3 kritik xəstədən başqa 4 xəstə də var ki, onların da vəziyyəti ağırdır. Lakin kritik olaraq qiymətləndirilmir. Müəssisəmizə daxil olan bir xəstə əməliyyata cəlb olunub. Onun yanıqla yanaşı, müştərək travmaları da var idi”.