Sentyabrın 15-də “Bilik günü” keçirilməyəcək
Sentyabrın 15-də ümumi təhsil müəssisələrində əyani şəkildə “Bilik günü” keçirilməyəcək.
APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.
Məktəblərdə bütün kütləvi tədbirlərin qadağan olunduğunu deyən şöbə müdiri ümumi təhsil müəssisələrində Kiçik Summativ Qiymətləndirmələrin (KSQ) sayının da azaldılmasının nəzərdə tutulduğunu qeyd edib.
Nazirlik rəsmisi Kiçik və Böyük Summativ Qiymətləndirmələrin (BSQ) hansı halda onlayn keçirilə bilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Kiçiki və Böyük Summativ Qiymətləndirmələr o halda onlayn keçirilə bilər ki, biz ümumilikdə narıncı zonaya keçək və məktəblər bağlansın.