Serbiyanın Müdafiə naziri koronavirusa yoluxdu
Serbiyanın Müdafiə naziri Aleksandar Vulin yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə Nazirliyinin dövlət katiblərindən biri COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirildikdən sonra onun təmasda olduğu bütün şəxslər test edilib. Müdafiə naziri Aleksandar Vulinin testinin nəticəsi müsbət olub", - deyə Nazirliyin məlumatında bildirilir.
Məlumatda qeyd edilib ki, Aleksandar Vulinində COVID-19 infeksiyasının simptomları özünü göstərmir, lakin o, təcrid vəziyyətindədir və Müdafiə naziri kimi fəaliyyətini ev şəraitində davam etdirir.