Sərnişin avtobusu minik maşını ilə toqquşdu: YARALILAR VAR

Şəmkirdə ağır yol qəzası baş verib.

 

Hadisə rayonun 5-ci küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan sərnişin avtobusu ilə "Mercedes” markalı minik maşını toqquşub. Qəza zamanı sərnişin avtobusunda olan 6 nəfər - 1965-ci il təvəllüdlü Cümşüd Mustafayev, 1995-ci il təvəllüdlü Eşqin Məmmədov, 1981-ci il təvəllüdlü Nazilə Eminova, 1959-cu il təvəllüdlü Əli Quliyev, 1959-cu il təvəllüdlü Xədicə Abdullayeva və 1959-cu il təvəllüdlü Nüşabə Qasımova xəsarət alıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA TV-yə bildirib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib, xəsarət alanlar xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv