Sərnişin avtobusu piyadanı vuraraq öldürdü

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

 

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1971-ci il təvəllüdlü Mərdan Tağıyev idarə etdiyi 85 saylı marşrut üzrə işləyən "Otokar" markalı avtobusla piyada 1967-ci il təvəllüdlü Əlikubar Kubarovu vuraraq öldürüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv