Sərnişin avtobusu yandı, sürücü SON ANDA XİLAS EDİLDİ
Oğuzda mikroavtobus yanıb. APA TV-nin məlumatına görə, rayon sakini Etibar Şükürova məxsus sərnişin mikroavtobusu hərəkətdə olan zaman yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mikroavtobusun yanar konstruksiyaları tam yanıb. Sürücü yanğından xilas edilib. Hadisə zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır.