Sərnişin avtobusunun vurduğu piyada öldü - MAGİSTRALDA
Hacıqabulda sərnişin avtobusu Cəlilabad sakinini vurub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı-Gəncə marşrutu üzrə hərəkət edən 10-UD-395 dövlət nömrə nişanlı sərnişin avtobusu Cəlilabad rayonunun Alqasımlı kənd sakini, 1978-ci il təvəllüdlü Diniyev Aftandil Şərbət oğlu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.