Sərxoş piyada öldü - YOL QƏZASI
Hacıqabulda avtomobilin vurduğu sərxoş piyada xəstəxanada ölüb. Hadisə gecə saatlarında baş verib. "Hyundai" markalı avtomobil Gürcüstan vətəndaşı 1960-cı il təvəllüdlü Kazımov Elman Camal oğlunu vurub. Piyada ağır xəsarətlərlə şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.