Sərxoş piyadanı maşın vurub öldürdü - İMİŞLİDƏ
İmişlidə avtomobilin vurduğu piyada ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Cəfərov Vahid Məhəmməd oğlu idarə etdiyi "VAZ 21015" markalı avtomobillə 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlunu vurub. Piyada ağır-kəllə beyin xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Piyadanın sərxoş vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.