Sərxoş sürücü qəza törədib, bir nəfər ağır yaralanıb - BAKIDA

Şər vaxtı paytaxtın Nərimanov rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

 APA TV xəbər verir ki, Heydər Əliyev prospektində yüksək sürətlə “Volsfagen” markalı avtomobili idarə edən Təbriz Cəfərli nəqliyyat vasitəsini yol ayrıcı səkiyə çırpıb. Zərbə o qədər güclü olub ki, avtomobildə olan sərnişin yan şüşədən çıxaraq divara çırpılıb. Sərnişin ağır xəsarət alaraq bir saylı şəhər xəstəxanasına aparılıb

Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Zərbənin gücündən avtomobildən yola yanacaq dağılıb və nəqliyyat vasitəsinin təkəri qırılıaraq yola düşüb. Təhlükəsizlik məqsədilə əraziyə Fövqəlada Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Yolda olan benzin yuyulub. Sürücü Təbriz Cəfərli isə  Nərimanov rayon dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.

Lakin o spirtli içkinin təsirində olduğundan məntəqə və polis əməkdaşlarına müqavimət göstərib. Sürücü məsuliyyətdən yayınmaq üçün ərazidən qaçmağa çalışıb. Onun bu niyyətinin qarşısını polislər alıb.

Məntəqənin həkim briqadası sürücünün sərxoş olduğunu təsdiqləyib.

 Hadisəni törədən sürücü inzibati məsuliyyətə cəlb edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv