Sərxoş vəziyyətdə tanışını boğazından bıçaqladı

Gəncədə isə 46 yaşlı kişi tanışı tərəfindən qətlə yetirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə 3-cü mikrorayon yaşayış massivində şəhər sakini Fuad Abdulhalimovun boğaz nahiyəsindən aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, 45 yaşlı Gəncə şəhər sakini Aftandil Kərimov sərxoş vəziyyətdə Fuad Abdulhalimovu bıçaqlayaraq qətlə yetirib.

 

Yaralı yaxınlıqda yerləşən Abbas Səhhət adına xəstəxanaya çatdırılsa da, vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə

 

Müəllif | Apa.Tv
Apa.tv