“Səyyar ASAN Xidmət”ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

“Səyyar ASAN Xidmət”ə 2 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu müraciət Zaqatalada vətəndaş Afər Davudov tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Bu xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xidmətə müraciət edən 2 milyonuncu vətəndaş da məmnunluğunu ifadə edib. Ona 2 milyonuncu olması münasibətilə xatirə hədiyyəsi təqdim olunub.

Xidmətin əməkdaşı isə göstərilən xidmətin yalnız vətəndaş məmnunluğu üçün çalışdığını və bununla bağlı gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən danışıb.

 

Hazırda 15 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 “Səyyar ASAN Xidmət” avtobusu və “Səyyar ASAN Qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Müəllif | Apa.Tv
Apa.tv