“Sığortanı, polisi gözləyirəm” bəhanəsi ilə tıxac yaradanlar

Ekspertlər də bildirirlər ki, sığorta şirkətlərinin sığorta hadisəsi zamanı qəza yerinə gəlməsi və yaxud da vətəndaşları gözlətməsi heç bir formada qanunla müəyyən edilməyib. Çünki, sığorta hadisəsini təsdiq edən və bu məsələ ilə bağlı qərar verən orqan dövlət yol polisidir. Sürücülər əsasən sığorta ödənişi almaqda problemlə qarşılaşa biləcəklərindən narahat olduqları üçün qəzadan sonra nəqliyyat vasitəsini yolun kənarına çəkməkdə tərəddüd edirlər. Lakin sığorta şirkəti ilə yalnız dəymiş ziyanın əlamətləri itirildikdə problem yarana bilər. Digər hallarda isə nəqliyyat vasitəsini yolun kənarına çəkməkdə heç bir problem yoxdur. Bu hadisədən yayınma kimi qiymətləndirilmir. Çünki paytaxt ərazisində əksər küçələr kameralaşdırılıb. Kameralar olmadığı yerdə belə hadisə baş veribsə, hadisənin sxemini əraziyə gələn inspektor qiymətləndirə bilər. Qeyd edək ki, Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə görə, sürücünün üzərinə düşən vəzifələrdən biri də baş vermiş yol nəqliyyat hadisəsində mümkün şəraiti qiymətləndirib, digər hərəkət iştirakçıları üçün yolun keçiriciliyinə maneə yaratmamaqdır.

ORXAN ASLAN VÜSAL BAYRAMOV TURAL ƏLİZADƏ

APA TV

Müəllif | Apa.Tv
Apa.tv