Silsilə oğurluqlar edən keçmiş məhkum tutuldu - GƏNCƏDƏ

Gəncədə silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 27 yaşlı Naib Əliyev tutulub.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, onun bu ay ərzində, müxtəlif vaxtlarda şəhər ərazisində vətəndaşlara məxsus avtomobillərdən, nəğd pul və mobil telefon oğurladığı müəyyən edilib: “Məlum olub ki, Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Naib Əliyev şəhər sakininə məxsus avtomobilə qeyri-qanuni yolla daxil olaraq, oradan içərisində 3354 manat olan pulqabını oğurlayıb”.

Saxlanılan Naib Əliyev etdiyi oğurluq əməlini belə xatırlayır: “Mərkəzi küçədə piyada gedirdim. Gördüm gül mağazasının qabağında bir maşın dayandı. İçərisindən qadınlar düşdü, gül almağa getdi. Yaxınlaşıb pəncərədən gördüm maşında zaryatkada “A-51” var. Götürüb getdim, tanımadığım şəxsə 140 manata satdım”.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv