Silsilə oğurluqlar edən şəxs tutuldu, evindən narkotik götürüldü – ŞƏMKİRDƏ ƏMƏLİYYAT

Şəmkirdə silsilə oğurluqlar törədən şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində müxtəlif mağazalardan oğurluq edən rayon sakini Anar Nağdıyev yaxalanıb.

Müstəntiq Rauf Sadıqov deyir ki, ətrafında aparılan araşdırmalar zamanı onun narkotik istifadəçisi olduğu da müəyyən edilib: “Onun evinə baxış keçirilən zaman, evdən 485 qram qurudulmuş marixuana, 2 ədəd şpris və 3 ədəd şüşə qab aşkar edilərək götürülüb”.

Saxlanılan Anar Nağdıyev törətdiyi oğurluq əməlini etiraf edib. O, oğurluq hadisələrini təkbaşına, əsasən gecə saatlarında törətdiyini deyib: “Aynadan girib telefon və pul götürüb çıxırdım. Gündüz getmirdim, əsasən gecə vaxtı girirdim oğurluğa. Üstümdən çıxan narkotikdə mənim idi. Mən xəstəyəm, özüm istifadə edirəm”.

Əvvəllər də məhkumluq həyatı yaşayan Anar Nağdıyev barəsində cinayət iş başlanılıb.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv