Silsilə oğurluqlarda şübhəli bilinən şəxs tutuldu

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb. Üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon ərazisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğurlaması müəyyən edilib. Saxlanılan şəxs istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.  

Fuad  Nazimoğlu

Mehdi Məmmədov

APA TV Şəmkir

 

Müəllif | Apa.Tv
Apa.tv