Şimal bölgəsinə qar yağdı - TEMPERATUR MƏNFİ 11 DƏRƏCƏYƏDƏK ENİB

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb.

 

Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burada temperatur mənfi 11,8 dərəcəyədək enib. 

 

Müəllif | Apa.Tv
Apa.tv