Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 4 dərəcəyədək enib
Ötən gün şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub.
Xınalıqda qarın hündürlüyü 6, Qrızda və Xaltanda isə 3 santimetr olub. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 4 dərəcəyədək enib.