Şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata  görə, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb.

 

Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.

 

Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.

Müəllif | Apa.Tv
Apa.tv