Şimal-qərb bölgəsində seçici fəallığı müşahidə edilir

Ölkənin şimal-qərb bölgəsində qarlı-şaxtalı hava şəraiti olmasına baxmayaraq, seçici fəallığı müşahidə edilir.

 

APA TV-nin  məlumatına görə, 111 saylı Zaqatala-Balakən Dairə Seçki Komissiyasının 7 saylı məntəqəsində yerli müşahidəçilərin iştirakı ilə bülletenlər sayılıb, qutular möhürləndikdən sonra səsvermə başlayıb.

 

Məntəqədə 1064 seçici səsvermə hüququna malikdir. Seçki prosesini isə 20 nəfərdən  yuxarı yerli və Qazaxıstandan gələn beynəlxalq müşahidəçi izləyir. Məntəqədə ilk saatdan etibarən seçki aktivliyi müşahidə olunur.

 

111 saylı Dairə Seçki Komissiyasının 9 saylı məntəqəsində isə 717  seçici səsvermə hüququna malikdir. Məntəqədə seçki prosesini 15-dən yuxarı yerli və Qazaxıstandan gələn beynəlxalq müşahidəçi izləyir.

 

Qeyd edək ki, 111 saylı Zaqatala-Balakən Dairə Seçki Komissiyası üzrə 44 məntəqə fəaliyyət göstərir. Onlardan 29-u Zaqatalada, 15-i isə Balakəndə yerləşir, 10 məntəqəsində veb-kamera quraşdırılıb. DSK üzrə 46 923 nəfər seçici var. Seçkiləri 626 nəfər yerli müşahidəçi izləyir.

 

Müəllif | Apa.Tv
Apa.tv