Şimal-qərb bölgəsinə qar yağıb, yollar buz bağlayıb

Şimal-qərb bölgəsinə güclü qar yağıb, yollar buz bağlayıb.

 

APA TV-nin məlumatına görə, ötən gecədən yağmağa başlayan qar havanın temperaturunun  dəyişməsinə də səbəb olub.

 

Belə ki, bölgədə havanın temperaturu mənfi 4-12 dərəcə arasında dəyişir. Qax rayon mərkəzində qarın qalınlığı 20, rayonun dağ kəndlərində 40, Zaqatalanın mərkəzində 12, dağətəyi kəndlərdə isə 25 sm-dən yuxarıdır.

 

Zaqatalada şaxtalı hava şəraitinə görə bir çox yollar buz bağlayıb, avtomobillərin gediş-gəlişində problem yaranıb.

 

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bölgədə elektrik enerjisinin və təbii qazın verilməsində problem yoxdur.

 

Hazırda bölgədə qarın yağması davam edir.

Müəllif | Apa.Tv
Apa.tv