Şimal-qərb rayonlarına giriş-çıxış məhdudlaşdırıldı
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə şimal-qərb bölgəsinə əhatə edən rayonlarda ötən gündən etibarən postlar qurularaq giriş-çıxış məhdudlaşdırılıb.
APA TV-nin şimal-qərb bürosunun verdiyi məlumata görə, koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər rayonlardakı insanları yoluxdurmaması məqsədilə postlarda vətəndaşların hansı rayonun sakini olduğu yoxlanılır. Operativ nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları, o cümlədən iş yeri başqa rayon olan şəxslər istisna olmaqla digərləri geriyə, sakini olduğu rayona qaytarılır.
Sakinlər də koronavirus infeksiyasının yayılmasına qarşı görülən bu tədbirləri anlayışla qarşılayaraq qoyulan qadağalara əməl edirlər.