Şimali Koreyada Kim Çen Inın xatirəsi anılıb

Şimali Koreyada Kim Çen İrin vəfatının 8-ci ildönümü qeyd olunub.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, anım tədbirlərinə mərhum rəhbərin oğlu - ölkənin indiki lideri Kim Çen In və daha 8 yüksək vəzifəli məmurun Kumsusan Günəş Sarayını ziyarət etməsi ilə start verilib.

Saraydakı mavzoleydə Kim İr Sen və KimÇen Inın mumiyalanmış meyitləri saxlanılır.

Tədbirlər bütün ölkə ərazisində təşkil olunub.

Bütün yaşayış məntəqələrində dünyasını dəyişmiş Kim İr Sen və Kim Çen İrin abidələri önünə gül dəstələri qoyulub.

Paytaxtda keçirilən mərasimlərdən dövlət televiziyası canlı yayımlar edib.

Xatırladaq ki, Kim Çen In 2011-ci il, dekabr ayının 17-də vəfat edib.


 

Müəllif | Apa.Tv
Apa.tv