Şimali Osetiyada supermarketlərdən birində güclü partlayış baş verib
Şimali Osetiyanın paytaxtı Vladiqafqazda güclü partlayış olub.
APA TV “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında şəhərin Qaqkayev küçəsində yerləşən supermarketlərdən birində güclü partlayış baş verib.
Nəticədə market binası və yaxınlıqdakı yaşayış evlərinə ciddi ziyan dəyib.
Ölən və ya yaralananların olması barədə məlumat yoxdur.