“Sınıq Körpü” sərhəd keçid məntəqəsi gündə 2 saat işləyəcək

Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü” sərhəd keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib.  

 

Bu barədə APA TV-nin yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

 

Qeyd olunub ki, dəyişikliyə əsasən, vətəndaşlar sərhəd keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

 

Dəyişikliyin yükdaşımalara şamil edilmədiyi bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv