Şirvan polisi sakinlərə tibbi maska paylayıb

Şirvan polisi əhalinin sıx olduğu yerlərdə sakinlərə tibbi maska paylayıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan polisi yeni koronovirusa yoluxmanın qarşısının alınması istiqamətində növbəti preventiv tədbirini həyata keçirib.

Polis əməkdaşları əhalinin sıx toplaşdığı yerlərdə -bank və bankomatların önündə, poçt xidməti şöbələrinin qarşısında, marşrut xətti üzrə işləyən avtobuslarda, parklarda  sakinlərə kütləvi şəkildə maskalar paylaylamaqla yanaşı onlarla maaarifləndirmə və tövsiyyə xarakterli söhbətlər aparıb.

Sakinlərə   pandemiyanın yayılmasının qarşsının alnması üçün növbələrdə və nəqliyyat vasitələrində olarkən mütləq şəkildə sosial məsafəyə riayət etmələri barədə onlara xəbərdarlıq ediblər. Həmçinin polis əməkdaşları sakinləri tibbi maska taxmaqla onları məsuliyyətli olmağa dəvət etdilər. Qeyd edildi ki, hər bir sakin tibbi maska taxmaqla özünün, yaxınlarının və digər şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır, eyni zamanda tezliklə pandemiyaya səbəb olan  COVİD 19 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaqla ölkəmizin  normal iş rejiminə qyıtmasına şərait yaradırlar.

Ümimilikdə DYP və PPX əmakdaşları tərəfindən sakinlərə təmənnasız olaraq 1200 ədəd tibbi maska paylanıldı. Tibbi maskaların paylanılması aksiyasında Şirvan polis şöbəsinin rəhbərliyi, müvafiq strukturların- DYP  və PPX-nın rəhbər şəxsləri yaxından iştirak ediblər.

Tibbi maskaların paylanmasına görə, Şirvan şəhər sakinləri polis əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.

Müəllif | Apa.Tv
Apa.tv