Şirvan sakini həmyerlisini daşla qətlə yetirib

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib. Şirvan şəhərinin Hacıqəhərmanlı qəsəbə sakini, 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu münaqişə zəminində qəsəbə sakini, həmyerlisi 1969-cu il təvəllüdlü Qocayev Kamran Musa oğlunu daşla qətlə yetirərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Daşqın Alışov polis tərəfindən saxlanılıb. Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv