Azərbaycanda baş redaktor sevgilisini bıçaqladı
Şirvan sakini qeyri-rəsmi nikahda yaşadığı qaynı qızını bıçaqlayıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin N.Nərimanov küçəsi 9 ünvanında baş verib.
Şirvan sakini, 1957-ci il təvəllüdlü Mirhüseyn Nağıyev qeyri-rəsmi nikahda yaşadığı 1993-cü il təvəllüdlü Ayşən Məmmədlini ailə münaqişəsi zəminində boğaz nahiyəsindən bıçaqlayaraq ağır yaralayıb.
Ayşən Məmmədli ağır vəziyyətdə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olan Mirhüseyn Nağıyev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Mirhüseyn Nağıyevin Ayşən Məmmədlini mobil telefon satışı ilə məşğul olan mağazalardan birində döyməsi ilə bağlı videogörüntülər yayımlanmışdı.
Həmin vaxt Mirhüseyn Nağyev barəsində cinayət işi açılsa da qadının şikayətini geri götürməsi onun cəzasını yüngülləşdirib.