Şirvan sakini yaşadığı qadın tərəfindən bıçaqlandı - HADİSƏ ANI
Şirvanda kişi qadın tərəfindən bıçaqlanıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib.
Yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 1977-ci il təvəllüdlü İbrahim İbrahimov Şirvan şəhər xəstəxanasına yerləşdirilib. İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona sifət və boyun nahiyəsindən xəsarətlər yetirib.
Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib.
Hazırda qadının saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.