Şirvan sakinindən 1 kq heroin götürülüb
Şirvan sakinindən 1 kiloqram heroin götürülüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Polis Şöbəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1988-ci il təvəllüdlü Anar Şirəliyev şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı evdən 1 kiloqram heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.