Şirvan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Məmmədov Aftandil Əzizulla oğlu Şirvan polis şöbəsinə gətirilmiş, onun üzərinə baxış keçirilən zaman, ümumi çəkisi 80,184 qram psixotrop maddə olan metafetamin və 1 ədəd bükümdə ümumi çəkisi 104,718 qram olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq, Aftandil Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 3,960 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Şirvan şəhər məhkəməsinin qərarı ilə Aftandil Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işinin istintaqı aparılır.

Müəllif | Apa.Tv
Apa.tv