Şirvan sakinləri Biləsuvarda saxlanıldı – MAŞINDAN 2 KQ HEROİN ÇIXDI

Biləsuvarda Şirvan sakininin avtomobilindən 2 kiloqram heroin tapılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, daxil olan məlumat əsasında Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakinləri Hakim Manafov, əvvəllər məhkum olunmuş - Elvin Quliyev və Mahir Abbasov saxlanılıb.

Mahir Abbasovun idarə etdiyi və digərlərinin də içində olduğu “VAZ 2106” markalı avtomobilə baxış zamanı 2 kiloqram heroin aşkarlanaraq götürülüb.

Həmin şəxslərin narkotik vasitəni İran vətəndaşı “Əli” adlı şəxsin köməkliyi ilə qaçaqmal yolu ilə ölkə ərazisinə keçirdikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv