Şirvan sakinlərindən 62 kiloqram narkotik götürüldü
Şirvan sakinlərindən külli miqdarda narkotik vasitələr götürülüb.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramil Şahbazovun həyətindən xüsusi qulluq edilməklə yetişdirilən 107 ədəd çətənə kolu və 1 kiloqram 615 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun qardaşı, əvvəllər də məhkum olunan, 1977-ci il təvəllüdlü Qurbanəli Şahbazovun həyətindən isə 21 ədəd çətənə kolu tapılıb.
Keçirilən digər əməliyyat nəticəsində əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Elnur Məmmədovun da həyətinə baxış keçirilib. Bu zaman ərazidən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Əlibəy Zeynallı
Elçin Həsənov
APA TV