Şirvan, Salyan və Sabirabada giriş-çıxış məhdudlaşdırıldı
Azərbaycanda koronavirus epidemiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində Şirvan şəhəri, Salyan və Sabirabada giriş-çıxış məhdudlaşdırılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu məqsədlə həmin rayonlarda xüsusi postlar qurulub.
Postlarda nəzarəti polis və daxili qoşunların əsgərləri həyata keçirir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Postlarda vətəndaşların qeydiyyatı yoxlanılır və onlara ciddi səbəb olmadan yaşadıqları ərazidən çıxmamaları tövsiyə olunur.