Şirvanda 17 yaşlı yeniyetmə kürdə boğuldu
Şirvanda 17 yaşlı yeniyetmə çayda batıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün 2003-cü il təvəllüdlü Rəvan Bayramov Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Bu gün səhər saatlarında yeniyetmənin meyiti batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.