Şirvanda 4 nəfərin öldüyü maşın 200-lə gedib - TƏFƏRRÜAT

 

Şirvanda baş verən qəzada ölənlərin kimliyi dəqiqləşdirilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, “Hyundai Santafe” markalı nəqliyyat vasitəsindən meyiti çıxarılan şəxslərin üçü - sürücü və sərnişinlər Şamilov Qadir Cəfər oğlu və 1957-ci il təvəllüdlü Zeynalova Zöhrə Oruc qızı və 1953-cü il təvəllüdlü Dadaşova Eyzangül Kərəm qızı Tərtər, sonuncu - 1977-ci il təvəllüdlü Zeynalova Pərvanə Saleh qızı Salyan rayon Marışlı kənd sakinidir. Adı çəkilən şəxslərin 4-ü də hadisə yerində keçinib. Xilasedicilərin xüsusi avadanlıqlarla avtomobildən çıxardığı meyitlər Şirvan morquna aparılıb.

 

Hadisəyə səbəb kimi ilkin olaraq yüksək sürət göstərilir. Hətta nəqliyyat vasitəsinin saatda 200 km sürətlə hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv