Şirvanda 40 yaşlı kişi 5-ci mərtəbədən yıxılıb öldü

Şirvan sakini 5-ci mərtəbədən yıxılaraq ölüb.


APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsi, bina-17 ünvanında baş verib. 


Sərxoş vəziyyətdə olan Şirvan sakini, 1980-ci il təvəllüdlü Rüstəm Eldar oğlu Məmmədov 5-ci mərtəbədən yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 40 yaşlı yaralı aldığı xəsarətlərdən orada ölüb. 


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv