Şirvanda 5 yaşlı uşaq hovuzda boğuldu
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb. Ağsu rayonunda yaşayan Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinə, ana babasının evinə anası ilə qonaq gələn 2017-ci il təvəllüdlü Allahverdiyev Ruslan Samir oğlu suvarma hovuzuna düşərək boğulub. Yaxınlarının bildirdiyinə görə, uşaq qısa müddət ərzində böyüklərin nəzarətindən çıxıb. Hadisə həmin vaxt baş verib. Bundan xəbər tutan ailə üzvləri azyaşlını hovuzdan çıxararaq ona lazımi bütün yardımları edib. Uşağı Şirvan xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.